ABŞ noyabrın 21-i Yaxın Şərqə "B-52H" strateji bombardmançı təyyarələr göndərib.
Modern.az "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (SENTKOM) bildiriblər.
Məlumatda deyilir:
"Şimali Dakotadaştatındakı Mayno hərbi hava qüvvələri bazasında yerləşən beşinci eskadrilyanın B-52H Stratofortress ekipajları təcavüzkarlığı dayandırmaq, həmçinin ABŞ-ın tərəfdaşlarına və müttəfiqlərinə dəstəyini təsdiqləmək üçün noyabrın 21-də operativ şəkildə Yaxın Şərqə uçuş həyata keçiriblər".