Modern.az

Bu qurum ABŞ-da edamın bərpasından narahatdır

Bu qurum ABŞ-da edamın bərpasından narahatdır

22 Noyabr 2020, 11:34

Avropa İttifaqı (Aİ) noyabrın 19-da, prezident seçkilərindən sonra hakimiyyət dəyişikliyi dövründə ilk dəfə ABŞ-da edam cəzasının icra edilməsindən ciddi narahat olduğunu bəyan edib.

 

Modern.az-ın xəbərinə görə, Aİ Xarici Siyasət Xidmətinin yaydığı bəyanatda bildirilir ki, 17 ildən sonra ölüm cəzasına məhkum edilmiş 8 məhbus edam edilib, 6 nəfər isə dekabr və gələn ilin yanvarında edam ediləcək.

 

Aİ ABŞ administrasiyasını qərarını ləğv etməyə, federal səviyyədə bütün edamları dayandırmağa çağırıb. Bəyanatda qeyd edilir ki, ABŞ-da federal səviyyədə böyük sayda edamın icra olunması ABŞ-ın ayrı-ayrı ştatlarında və dünyada edamların kəskin azalması fonunda baş verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu