Modern.az

Prezident Administrasiyasında kim nə qədər maaş alır? - SİYAHI

Prezident Administrasiyasında kim nə qədər maaş alır? - SİYAHI

Ölkə

19 İyul 2012, 11:33

Dövlət orqanlarında aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib. Bəs maksimum məbləğ nə qədərdir?

Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura  vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına verilən məlumata görə, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.

Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.

Dövlət orqanlarında aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün maraqlı ola bilər. Bu səbəbdən də ilk olaraq Prezidentin Administrasiyasında  işçilərinin aylıq vəzifə maaşlarının siyahısını təqdim edirik?

Vəzifələrin adları

Vəzifə maaşları (manat)

İnzibati vəzifələrin təsnifatı üzrə:

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

1900

Azərbaycan Respublikasının Dövlət müşaviri

1660

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri

1550

Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdiri; Azərbaycan Respublikası Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi

1500

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini

1450

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini

1350

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı şöbəsinin müdir müavini

1300

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi

1230

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri

1200

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdiri

1200

Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi

1100

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdirinin müavini

1050

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda sektor müdiri, baş mühasib

1000

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi

910

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında:

 

baş məsləhətçi

1150

böyük məsləhətçi

1100

aparıcı məsləhətçi

1050

məsləhətçi

1000

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda:

 

baş məsləhətçi

980

böyük məsləhətçi

960

aparıcı məsləhətçi

930

məsləhətçi

900

Yardımçı vəzifələrin təsnifatı üzrə:

 

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda texniki vəzifələr tutan:

 

baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.)

510

böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.)

450

aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.)

390

mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.)

330


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü