Modern.az

Alimlərdən xəbərdarlıq - çox nadir astronomik hadisə olacaq

Alimlərdən xəbərdarlıq - çox nadir astronomik hadisə olacaq

23 Noyabr 2020, 10:00

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir.

 

Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar.

 

Hava şəraiti imkan verərsə, bu fenomen Yerin istənilən nöqtəsindən müşahidə oluna bilər. Bu qeyri-adi təbiət hadisəsini izləmək üçün ən yaxşı şərtlər ekvatora yaxın yerlərdə olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu