Modern.az

Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO

Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO

23 Noyabr 2020, 14:20

Fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda vətəndaşların müraciəti, onların qayğı və problemləri dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə bağlı olub.

 

Modern.az xəbər verir ki, dinlənilmiş bütün vətəndaş  müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qəbul zamanı bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb.

 

Qəbula gələnlər  onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək xalqımızın tarixi bir günü yaşadıqlarını qeyd ediblər. Bildiriblər ki, hər biri bu tarixi qələbədən qürur duyur. Bu tarixi günü, bu qüruru bizə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bəxş etdiyini deyiblər.

 

Qəbula gələn vətəndaşlara bir daha karantin rejiminin qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb. Həmçinin Bakı Tekstil Fabrikinin  təşəbbüsü ilə sakinlərə dəst olaraq, tibbi spirt, maska və əlcək paylanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu