Modern.az

Zelenski koronavirusdan sağaldı

Zelenski koronavirusdan sağaldı

23 Noyabr 2020, 14:35

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində bildirib.

 

“Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özüm də müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə - red.), işləyirik”, - o söyləyib.

 

Xatırladaq ki, V.Zelenski noyabrın 9-da koronavirusa yoluxduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu