Modern.az

FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırıldı

FİFA-nın vitse-prezidenti futboldan uzaqlaşdırıldı

23 Noyabr 2020, 15:26

Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti və FİFA-nın vitse-prezidenti Əhməd Əhməd futbol fəaliyyətindən uzaqlaşdırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Etika Komitəsi 60 yaşlı futbol funksionerinin vəzifəsindən sui-istifadə etdiyini və vəsait mənimsədiyini sübuta yetirib. Əhməd beş il müddətinə milli və beynəlxalq səviyyədə futbol fəaliyyətindən kənar qalacaq. Bundan əlavə, o, 200 min İsveçrə frankı cərimə ödəməli olacaq.

 

CAF prezidentinin bir neçə məsələlərlə əlaqədar istintaqı davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu