Modern.az

Ruhlar şəhəri - Ağdam - VİDEO

Ruhlar şəhəri - Ağdam - VİDEO

23 Noyabr 2020, 17:30

Tarixi abidələr xalqın keçmişinə işıq tutan canlı arxivdir. Erməni təcavüzünün qurbanları təkcə soydaşlarımız deyil, yaşı minillərə söykənən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız və məbədlərimizdir.

Ermənilərin vandallıq siyasəti nəticəsində işğal altındakı ərazilərdə Azərbaycanın tarixi-dini abidələri məhv edilərək tamamilə sıradan çıxarılıb. 23 muzey, 4 Dövlət Rəsm Qalareyası dağıdılıb. Əşyaların bir qismi məhv edilib, digərləri isə qənimət kimi ələ keçirilərək, Ermənistana və 3-cü ölkələrə daşınıb.

Ermənistanın vandal davranışları beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa Konvensiyası, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında”  YUNESKO Konvensiyasının tələblərini pozur.

1990-cı illərdə I Qarabağ müharibəsində ən çox zərər çəkmiş şəhərlərdən biri də Ağdamdır. Erməni vandalizmindən sonra Ağdam "Ruhlar şəhəri" adını alıb.

Modern.az Ağdamdakı mədəni irsimizin erməni vandalizmindən öncə və sonrakı vəziyyəti haqqında videonu təqdim edir.


Könül Hüseynova

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu