Modern.az

Sarkozinin məhkəməsi başladı

Sarkozinin məhkəməsi başladı

23 Noyabr 2020, 17:42

Parisdə Fransanın sabiq prezidenti Nikolya Sarkozinin məhkəmə prosesi başlayıb.

 

Modern.az-ın məlumatına görə, eks-prezident korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

 

Məhkəmə dinləmələrinin dekabrın 10-dək davam edəcəyi gözlənilir. İttihamların təsdiq olunacağı təqdirdə N.Sarkozi 10 il həbs cəzası və 1 milyon avro məbləğində cərimələnə bilər. Sabiq prezident bütün ittihamları təkzib edir.

 

N.Sarkozinin 2012-ci il prezident seçkiləri ərəfəsində kampaniyasının maliyyələşdirilməsi ilə bağlı daha bir məhkəmə prosesi 2021-ci ilin yazında başlamalıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu