Modern.az

Lerikdə avtomobil dərəyə aşdı - sürücü öldü

Lerikdə avtomobil dərəyə aşdı - sürücü öldü

23 Noyabr 2020, 19:50

Lerik rayonunda baş verən yol qəzasında sürücü ölüb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, rayonun Piran kəndində “Niva” markalı  avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu