Modern.az

Zaqatalada beşmərtəbəli binada yanğın

Zaqatalada beşmərtəbəli binada yanğın

23 Noyabr 2020, 20:13

Zaqatala şəhərinin Sülh küçəsində axşam saat 19 radələrində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində F.Aslanova məxsus üçotaqlı mənzildə yanğın baş verib.

 

Modern.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası  və şəxsi heyəti cəlb edilib. 

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək digər mənzillərə keçməsinin qarşısı dərhal alınıb. 

 

Yanğın nəticəsində mənzilin 9 kv/m-lik mətbəxinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu