Modern.az

Braziliyalı konqresmenlər İlham Əliyevi təbrik etdilər

Braziliyalı konqresmenlər İlham Əliyevi təbrik etdilər

23 Noyabr 2020, 20:39

Braziliya Senatının birinci vitse-spikeri, Senatda Braziliya-Azərbaycan Dostluq qrupunun Sədri Antonio Anastasia və Deputatlar Palatasındakı Braziliya–Azərbaycan arasında mövcud olan dostluq qrupunun sədri, konqresmen Klaudio Kajado tərəfindən Prezident İlham Əliyevə təbrik məktubu ünvanlanıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Braziliyadakı Səfirliyindən məlumat verilib.

 

Məktubda Dağlıq Qarabağ bölgəsindəki müharibəyə son qoyan Azərbaycan və Ermənistan arasında Sülh Bəyanatının imzalanması xəbərinin böyük məmnuniyyət və sevinc hissi ilə qəbul etdikləri bildirilib və bu münasibət ilə Prezident İlham Əliyevə öz təbriklərini çardırıblar.

Qəbul olunmuş barışıq qərarını tam dəstəkləyən məktub müəllifləri, ölkəmizə əmin-amanlıq, sosial və iqtisadi inkişaf arzulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu