Modern.az

BMT Qarabağda Rusiya ilə birgə işləməyə hazırdır

BMT Qarabağda Rusiya ilə birgə işləməyə hazırdır

23 Noyabr 2020, 22:38

BMT mütəxəssisləri Dağlıq Qarabağda lazım olan humanitar yardımın həcmini qiymətləndirmək üçün Rusiya ilə birlikdə işləməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik bildirib.

 

“Rusiyanın sorğusuna cavab olaraq Baş katib təsdiq edib ki, mümkün olduğu zaman Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və BMT-nin digər ofisləri bölgədəki humanitar ehtiyacları tam şəkildə anlamaq, Dağlıq Qarabağ və ətraf ərazilərdə ilkin müstəqil qiymətləndirmə aparmaq üçün əməkdaşlıq və yerlərdə birgə fəaliyyət imkanlarını müzakirə etməyə hazırdırlar”, - deyə BMT sözçüsü bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu