Modern.az

BMT Qarabağda minaların təmizlənməsində iştirak edəcək

BMT Qarabağda minaların təmizlənməsində iştirak edəcək

24 Noyabr 2020, 00:56

BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti Dağlıq Qarabağda xüsusi missiyasının yerləşdirilməsi üçün dekabr ayının əvvəlində burada lazımi yardımın qiymətləndirilməsinə başlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə "TASS"a BMT-nin Sülhməramlı Əməliyyatları Departamentinin rəsmi nümayəndəsi bildirib.

 

"BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti tərəflərin istəyi və BMT-nin digər bölmələri, yerdəki ölkə nümayəndələri ilə koordinasiyada təcili olaraq Dağlıq Qarabağda missiyanın yerləşdirilməsi üzərində işləyir. Ehtimal ki, lazımi yardımın qiymətləndirilməsi dekabrın əvvəlində başlayacaq", - deyə Rəsmi nümayəndə bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu