"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 24-ü üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (//www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (//video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.