Modern.az

Qarabağ şəhidinin adı Türkiyədəki universitetdə yaşadılacaq - FOTO

Qarabağ şəhidinin adı Türkiyədəki universitetdə yaşadılacaq - FOTO

24 Noyabr 2020, 13:07

Türkiyənin Balıkesir Universitetinin Senatosunun qərarı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan universitetin tələbəsi Məmmədağa Səfərovun adı ali məktəbin konfrans salonuna verilib.

Həmçinin, şəhidin ailəsinə ali məktəbin rəhbərliyi adından minnətdarlıq məktubu göndərilib. Şəhid ailəsi ilə də telefonla danışdığını bildirən Universitetin rektoru Prof. Dr. İlter Kuş deyib:

“Minnətdarlıq məktubunu şəhidimizin ailəsinə Bakı səfirliyimiz vasitəsilə çatdıracağıq. Şəhidimizin hörmətli atası ilə telefonda danışıb başsağlığı dilədim. Söhbətinin sonunda mənə "Balamın qanı yerdə qalmadı" dedi. Doğrudur. Şəhidimizin qanı yerdə qalmadı. Azərbaycanlı qardaşlarımızın öz torpaqlarında qazandıqları mübarizəni millət olaraq dəstəklədik. Universitet olaraq Məmmədağa Səfərovu şəhidimiz kimi qəbul edirik. Bu münasibətlə şəhidimizə və ailəsinə və qardaş Azərbaycan xalqına bir daha başsağlığı verirəm”.


Elnur Eltürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu