Modern.az

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

25 Noyabr 2020, 09:36

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb.

 

AMADA-dan Modern.az-a verilən məlumata görə, 5 nəfərlik siyahıda karate, boks, ağırlıqqaldırma və taekvondo idman növünün nümayəndələri yer alıb. Siyahıda ağır atletika üzrə fəaliyyət göstərən bir həkim də var.

 

İdmançının adı: Fidan Dadaşova

 

İdman növü: Karate

 

İdman Federasiyası: Azərbaycan Milli Karate Federasiyası

 

Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu

 

Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid

 

Sanksiyanın başlama tarixi: 27 fevral 2020

 

Sanksiyanın bitmə tarixi: 27 fevral 2021

 

İdmançının adı: Kamran Muradov

 

İdman növü: Boks

 

İdman Federasiyası: Azərbaycan Boks Federasiyası

 

Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu

 

Maddə: S1.1A Ekzogen (AAS)/ Anabolik Androgen Steroidlər/ metasteron metaboliti

 

Sanksiyanın başlama tarixi: 14 yanvar 2020

 

Sanksiyanın bitmə tarixi: 14 yanvar 2024

 

İdmançının adı: Ofeliya Allahverdiyeva

 

İdman növü: Taekvondo

 

İdman Federasiyası: Azərbaycan Taekvondo Federasiyası

 

Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu

 

Antidopinq qayda pozuntusu: İdmançı tərəfindən Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsuldan İstifadə yaxud İstifadə Cəhdi

 

Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid

 

Sanksiyanın başlama tarixi: 18 fevral 2020

 

Sanksiyanın bitmə tarixi: 18 fevral 2024

 

İdmançının adı: Nigar İbrahimova

 

İdman növü: Taekvondo

 

İdman Federasiyası: Azərbaycan Taekvondo Federasiyası

 

Antidopinq qayda pozuntusu: İdmançıdan alınmış Nümunədə Qadağan edilmiş Maddə və ya onun Metabolit yaxud Markerlərinin mövcudluğu

 

Antidopinq qayda pozuntusu: İdmançı tərəfindən Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsuldan İstifadə yaxud İstifadə Cəhdi

 

Maddə: S5. Diuretiklər və gizlədici maddələr/ furosemid

 

Sanksiyanın başlama tarixi: 03 sentyabr 2020

 

Sanksiyanın bitmə tarixi: 03 sentyabr 2022

 

Həkimin adı: Xalid Qüdrətov

 

İdman növü: Ağır Atletika

 

İdman Federasiyası: Azərbaycan Ağır Atletika Federasiyası

 

Antidopinq qayda pozuntusu: hər hansı Yarışdan kənar müddətdə İdmançıya hər hansı Qadağan edilmiş Maddə və ya Qadağan edilmiş Üsulun Yarışdan kənar müddətdə qadağan olunmasına baxmayaraq Tətbiq etmək və ya Tətbiq etmək Cəhdi.

 

Maddə: S1.b Anabolik Androgen Steroidlar / Prasterone (dehydroepiandrosterone, DHEA, 3b-hydroxyandrost-5-en-17-one)

 

Sanksiyanın başlama tarixi: 13 fevral 2020

 

Sanksiyanın bitmə tarixi: 13 fevral 2024

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu