Modern.az

Türkiyənin 20 universitetinden azərbaycanlı abituriyentlərə təklif gəldi

Türkiyənin 20 universitetinden azərbaycanlı abituriyentlərə təklif gəldi

20 İyul 2012, 10:36

Türkiyənin 20 universiteti azərbaycanlı abutiruriyentlərə pulsuz təhsil imkanı təklif edir.  Modern.az-ın məlumatına görə, bu barədə  Türkiyənin “Akademi Qrup” Təhsil qurumunun rəhbəri Razi Vəliyev məlumat verib. Onun sözlərinə görə, Türkiyənin  Sabançı Universiteti, Okan Un, ODTİ, İstanmuk Kültür, İstanbul Aydın, Ozyügen, İzmir, İzmir Ekonomik,  İzmir Yaşar və digərlərində cəmi 2O universitet azərbaycanlı abturiyentlərə təklif edir ki, bütün xərcləri pulsuz olmaqla burada təhsil ala bilərlər.

Eyni zamanda həmin abituriyentlər  avropa universitetləri ilə tarnsfer proqramlarında da iştirak edəcəklər. Bildirilib ki, dünya təhsilinə uyğun olaraq onlar üçün lazımı şərait yaradılacaq.

Qeyd edək ki, bu təklif 700 bal toplayan abituriyentləeə şamil ediləcək.  Həmçinin 600-dən yuxarı bal toplayanlara da böyük güzəştlər nəzərdə tutulur.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış