Rumıniya Xarici İşlər Nazirliyi 19 iyul 2012-ci il tarixində qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş “prezident seçkiləri”nə dair bəyanat yayıb.
Bəyanatda bildirilir ki, “Xarici İşlər Nazirliyi 19 iyul 2012-ci il tarixində Dağlıq Qarabağda separatçıların keçirdiyi qondarma “prezident seçkiləri”ni qanunsuz hesab edir. Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunun müstəqilliliyini tanımamaqla bağlı hər zaman dəstəklədiyi prinsipial mövqeyini bir daha təsdiqləyir. Xarici İşlər Nazirliyi eyni zamanda, ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin fəaliyyətini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının asanlaşdırılmasında birgə səylərini dəstəklədiyini bir daha bəyan edir və münaqişənin danışıqlar yolu ilə həllinin tapılmasında müvafiq tərəfləri öz səylərini artırmağa təşviq edir”.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daDağlıq Qarabağdakı qondarma seçkini tanımadığını bəyan edib. Təşkilatın baş katibi Ekmələddin İhsanoğlu deyib ki, İƏT Ermənistanla Azərbaycan arasında münaqişənin dinc və ədalətli yolla, ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət edilməsi əsasında həllini dəstəkləyir.
Avropa İttifaqının xarici işlər naziri Ketrin Eşton, NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Ceyms Appaturay da 19 iyul “seçkisini” tanımadıqlarını bildiriblər. Türkiyə Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda “seçki” keçirilməsini pisləyib. Bakıdakı bir sıra diplomatik missiyalar, o cümlədən İsrail, Böyük Britaniya, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri də eyni addımı atıblar.
Xatırladaq ki, dünın işğal altındakı Azərbaycan torpaqlarında qurulmuş separatçı Dağlıq Qarabağ rejimində keçirilən qondarma “prezident seçkisi”ndə Ermənistan Dövlət Aqrar Universiteti Stepanakert (Xankəndi) filialının prorektoru Arkadi Soqomonyan, “parlamentin deputatı” Vitali Balasanyan və indiki “prezident” Bako Saakyan nazmizəd qismində iştirak ediblər.
Modern.az