Modern.az

Filipo Qrandi BMT-dəki vəzifəsində qaldı

Filipo Qrandi BMT-dəki vəzifəsində qaldı

Aktual

26 Noyabr 2020, 08:10

BMT Baş Asambleyası italiyalı Filipo Qrandini daha 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri təyin edilməsi barədə qərarını təsdiqləyib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, o, artıq 2015-ci ildən bu vəzifədə çalışır.

 

"Baş Katibin tövsiyəsindən və üzv dövlətlərin məsləhətləşmələrindən sonra Baş Asmableya İtaliyanın nümayəndəsi Filipo Qrandini 1 yanvar 2021-ci ildən başlayaraq 30 iyun 2023-cü il tarixinədək 2,5 il müddətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsinə təsdiqlədi" - təşkilatın mətbuat xidməti məlumatında deyilir.

 

Baş Katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq jurnalistlərə bildirib ki, ümumiyyətlə belə bir vəzifəyə namizəd beş il müddətinə təyin olunur, lakin Qrandi özü "şəxsi səbəblərdən bu müddətin qısaldılmasını" istəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu