Modern.az

Heydər Əliyev Mərkəzindəki yanğın söndürüldü - FOTO+VİDEO -YENİLƏNİB

Heydər Əliyev Mərkəzindəki yanğın söndürüldü - FOTO+VİDEO -YENİLƏNİB

20 İyul 2012, 12:00



Modern.az
xəbər verir ki, Bakıda yenicə açılışı olan Heydər Əliyev Mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğısöndürmə briqadaları hadisə yerinə cəlb olunublar. Məlumata görə, hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Əraziyə yaxınlaşmağa icazə verilmir. Fövqəladə Hallar Nazirliyinin və hökumətin yüksək vəızifəli şəxsləri də hadisə yerindədirlər... Ərazini tüstü-duman bürüyüb. Yaxınlıqdakı yollarda tıxac yaranıb...

***
Modern.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, nəqliyyat naziri Ziya Məmmədov da olay yerinə gəlib. Yanğının söndürülməsi işinə bir helikopter də cəlb olunub ...

***
Hadisə yerinə daha bir helikopter cəlb olunub. Hazırda yanğının qarşısı alınır...

***
Artıq yanğının qarşısı demək olar ki, alınıb... Yanğın tam söndürülüb. Hadisə yerində olan rəsmilər jurnalistlərə yanğının səbəbinin bilinmədiyini, araşdırma aparıldığını deyiblər...












Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI