Modern.az

Türkiyə müdafiə nazirindən Fransa Senatının qətnaməsi ilə bağlı AÇIQLAMA

Türkiyə müdafiə nazirindən Fransa Senatının qətnaməsi ilə bağlı AÇIQLAMA

Aktual

26 Noyabr 2020, 16:03

Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirib.

 

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, H.Akar Fransa Senatının qəbul etdiyi qətnaməni pisləyib.

 

“Fransa Senatının qəbul etdiyi qətnamə Qarabağ probleminin niyə 30 ildir həllini tapmadığının açıq göstəricisidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədri olaraq bitərəf olmalıdır. Bu qətnamə isə bunun belə olmadığını, Fransanın Dağlıq Qarabağ məsələsində həllin yox, problemin bir parçası olduğunu bir daha göstərdi”, - deyə nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu