Modern.az

Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Ermənistanda Rusiya hərbçisinin meyiti tapıldı

Aktual

26 Noyabr 2020, 21:33

Ermənistanda müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti hərbi hissədən kənarda tapılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

 

Qeyd olunub ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır.

 

“Hərbçinin cəsədi həmkarı tərəfindən hərbi hissə ərazisindən kənarda, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb”.

 

Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu