Modern.az

“Qarabağ” avrokuboklarda mərhələ adlamaq şansını itirdi - YENİLƏNİB

“Qarabağ” avrokuboklarda mərhələ adlamaq şansını itirdi - YENİLƏNİB

Aktual

26 Noyabr 2020, 23:58

“Qarabağ” – “Sivasspor” matçı Türkiyə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Modern.az xəbər verir ki, oyunda son nöqtəni isə 79-cu dəqiqədə Kone qoyub. O, özünün ikinci, komandasının üçüncü qolunu vurub.

 

Beləliklə, "Qarabağ" qrupdakı dördüncü matçında da məğlub olaraq, sona 2 tur qalmış 1/16 finala vəsiqə şansını itirib. Xalını 6-ya yüksəldən "Sivasspor" isə növbəti mərhələ uğrunda mübarizəsini davam etdirir.

 

 

23:31

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda 4-cü qol vurulub.

Modern.az xəbər verir ki, 58-ci dəqiqədə Olarenvayu Kayode hesabı bərabərləşdirib.

 

23:14

 

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun "Qarabağ" - "Sivasspor" oyununda növbəti qol vurulub.

Modern.az xəbər verir ki, Uroş Matiç 51-ci dəqiqədə fərqlənməklə Azərbaycan çempionunu yenidən hesabda önə keçirib.

 

23:01

UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ”-“Sivasspor” oyununun birinci hissəsi başa çatıb.

 

Modern.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

 

Oyunda hesabı 8-ci dəqiqədə ağdamlılar açıb. Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb. Görüşün 40-ci dəqiqəsində hakimin şübhəli qərarından sonra “Sivasspor” penalti vurmaq şansı qazanıb. Topa yaxınlaşan Aruna Kone dəqiq olub.

 

22:20

UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” - “Sivasspor” oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, oyunun 8-ci dəqiqəsində ağdamlıların futbolçusu Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu