Modern.az

"Barselona"nın stadionuna Messinin adı verilir

Aktual

27 Noyabr 2020, 08:36

İspaniyanın "Barselona" futbol klubunun prezidenti vəzifəsinə namizədlərdən biri Emili Russo, prezident seçiləcəyi təqdirdə "Kamp Nou" stadionunun adını argentinalı hücumçu Lionel Messinin şərəfinə dəyişdirməyi planlaşdırır.

 

Modern.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bununla əlaqədar referendum keçiriləcək və stadiona "Kamp Nou Leo Messi" adı veriləcək.

 

Xatırladaq ki, avqust ayında L.Messi klub rəhbərliyi ilə münaqişədən sonra "Barselona"nı tərk etmək istəyirdi. Daha sonra "Barselona" ilə hüquqi mübahisəyə girməmək üçün və ailəsinin Kataloniyada qalmaq istəməsi ilə əlaqədar klubda qalmaq barədə qərar qəbul etdiyini bildirmişdi.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu