Modern.az

Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ

Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ÖTDÜ

27 Noyabr 2020, 09:00

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 1 milyon nəfəri ötüb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Robert Kox İnstitutunun hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində koronavirusa 22 806 yoluxma halı qeydə alınıb, yoluxanların sayı 1 006 394 nəfərə çatıb.

 

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 15 586 nəfər vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu