Modern.az

Deputat: “Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinənlər də oldu”

Deputat: “Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinənlər də oldu”

Parlament

20 İyul 2012, 18:43

Heydər Əliyev Mərkəzində bu gün baş verən güclü yanğın böyük səs-küyə səbəb olub. Sosial şəbəkərlərdə hadisə ilə bağlı müxtəlif rəylər qeyd edilir, yanğından fotolar paylaşılır. Bəzi şəxslər xları paylaşdıqları fotolarda hadisəyə sevindiklərini gizlətməyərək, müxtəlif şərhlər yazıblar.
Facebook-dakı statuslarda Heydər Əliyev Mərkəzində baş verən yanğına sevinənlərlə hadisədən üzülənlərin mübahisələri də olub.

Baş vermiş hadisədən təəssüfləndiyini bildirən millət vəkili Fuad Muradov Modern.az-a açıqlamasında sosial şəbəkələrdə yazılan şərhlərə etiraz edib, hadisəyə sevinməyin düzgün olmadığınıvurğulayıb.

“Heydər Əliyev Mərkəzi dünyada analoqu olmayan bir mərkəzdir. Çox təəssüflər olsun ki, bu gün orada baş verən yanğın hadisəsinə sevinənlər də oldu. Mən buna çox təəssüf edirəm. Ora hər birimizindir. Heydər Əliyev Mərkəzi dünya reytinqinə düşən ən gözəl binalardandır. Bu bir hadisədir. Buna sevinmək lazım deyil. Əksinə, belə hadisələrdə biz bir olmalıyıq, bir mövqedən çıxış etməliyik. Əlbəttə, orada yanğının baş verməsi təəssüf hissi doğurur. Mən millət vəkili olaraq əminəm ki, bu işdə aparılan istintaq təqsirkarları ortaya çıxaracaq. Eyni zamanda biz belə hadisələrə sevinməməliyik. Çalışmalıyıq ki, gələcəkdə belə hadisələrdə müsbət birləşdirici mövqeyi ortaya qoyaq”, - deyə F.Muradov bildirib.

Deputat Facebook sosial şəbəkəsində hadisəyə sevinən insanların cavabını verdiyini bildirərək, mətbuatı da bu işdə bir olmağa səsləyib:

 “Sosial şəbəkələrdə də bir çoxları müxtəlif münasibətlər bildirirlər. Mən də öz növbəmdə baş verən hadisəyə sevinən insanların lazımı cavablarını vermişəm. Burada sevinməyə nə var ki? Ora Azərbaycanın mədəniyyət incisidir. Biz azərbaycanlıyıq, Azərbaycan vətəndaşıyıq. Ölkəmizdə, paytaxtımızda baş verən hər hansı xoşagəlməz hadisəyə necə sevinə bilərik ki?”.

Qeyd edək ki, bu gün günorta saatların paytaxtın Nərimanov rayonunda yerləşən Heydər Əliyev Mərkəzində güclü yanğın baş verib. 50-dən çox yanğınsöndürən maşının və  2 helikopterin əraziyə cəlb olunmasına baxmayaraq, yanğını qarşısını bir neçə saata almaq mümkün olub. Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb. Hadisənin səbəbləri araşdırılır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım