Modern.az

TQDK abituriyentlər üçün şikayət günlərini açıqladı

TQDK abituriyentlər üçün şikayət günlərini açıqladı

Təhsil

21 İyul 2012, 11:09

Ali məktəblərə qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xüsusi apelyasiya komissiyaları yaradılıb. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, I ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşlar iyulun 23-də apelyasiya komissiyalarına müraciət edə bilərlər. IV qrup üzrə iyulun 27-də keçiriləcək qəbul imtahanları ilə əlaqədar müraciətlər iyulun 30-da, avqusutun 3-də keçiriləcək II qrup imtahanlarına görə isə  avqusutun 6-da müraciətlər qəbul ediləcək.

Bildirilib ki, apelyasiya komissiyalarına imtahanın gedişi ilə əlaqədar müraciətlərə yalnız imtahan keçirildiyi günlərdə baxılacaq. Digər müraciətlər isə avqustun 6-dan 8-dək araşdırılacaq.

Qeyd edilib ki, apelyasiya Komissiyaları yalnız qeyd edilən tarixlərdə müraciətlərə baxacaq. Komissiyanın işi başa çatdıqdan sonra heç bir müraciətə baxılmayacaq.

TQDK xəbərdarlıq edib ki, abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması ilə bağlı müraciətləri araşdırmayacaq.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?