Modern.az

Əsədin generalları Türkiyəyə qaçdı

Əsədin generalları Türkiyəyə qaçdı

Təhsil

21 İyul 2012, 13:02

Suriyada baş verən məlum hadisələrdən sonra Bəşər Əsədin ən yaxın adamları onu tərk edərək ölkədən qaçmağa başlayıblar. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Suriya ordusunun yüksək rütbəli hərbçiləri ölkəni tərk edərək Türkiyəyə sığınıblar.

Qaçanlar arasında Əsədə yaxın olan 2 general, 2 polvoknik və xeyli sayda hərbçinin Türkiyəyə keçdiyi bildirilib. Ümumilikdə 160 nəfər suriyalı Türkiyəyə sığınıb. Onlar arasında hərbçilərlə yanaşı dövlət məmurlarının da olduğu qeyd edilib. Onlar Suriyada qalmaq istəmədiklərini deyərək Əsəd rejimindən canlarını qurtarmaq üçün Türkiyəyə qaçdıqlarını vurğulayıblar.

Türkiyə tərəfi suriyalı qaçqınları təhlükəsiz yerlərlə təmin edib.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?