Modern.az

IV qrupun abituriyentlərinə yeni xəbər

IV qrupun abituriyentlərinə yeni xəbər

Təhsil

21 İyul 2012, 13:25

IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni bugündən çap edə bilərlər. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib.

TQDK-dan bildirilib ki,  iyulun 27-də ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirəcək. Bu imtahanda iştirak etmək üçün ərizə verən  abituriyentlər iyulun 21-dən etibarən Komissiyanın internet saytından (//tqdk.gov.az/bvali2012/) imtahana buraxılış vərəqəsi çap edib götürməlidirlər. 

Anar RÜSTƏMOV  

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?