Modern.az

ANAMA vətəndaşları azad edilmiş ərazilərə getməməyə çağırdı: TƏHLÜKƏLİDİR!

ANAMA vətəndaşları azad edilmiş ərazilərə getməməyə çağırdı: TƏHLÜKƏLİDİR!

Aktual

30 Noyabr 2020, 14:30

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə səfər etməyə tələsməməlidir. Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədov bildirib ki, vətəndaşların doğma torpaqlarına getmələri üçün yaxın zamanlarda şərait yaradılacaq:

“Hələ ki həmin ərazilərə daxil olmamaq xahiş olunur, polis postlarından yayınaraq ara yollarla həmin məntəqələrə getmək təhlükəlidir. Həmin ərazilərə xüsusi təlim keçən insanlar xüsusi icazə ilə daxil ola bilərlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu