Modern.az

Elmar Məmmədyarov Latın Amerikasına, müavini Avropaya gedir

Elmar Məmmədyarov Latın Amerikasına, müavini Avropaya gedir

Təhsil

21 İyul 2012, 14:16

23 iyul  tarixində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Kolumbiya, Argentina, Uruqvay və Peruya rəsmi səfərləri nəzərdə tutulub. Məlumatı Modern.az-a XİN-in mətbuat xidməti verib.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun bir sıra ikitərəfli görüşlər keçirməsi, Argentina və Kolumbiyada biznes forumlarda iştirak etməsi nəzərdə tutulub. Səfər müddətində E.Məmmədyarovu İqtisadi İnkişaf  Nazirliyi, AZPROMO və Azərbaycanın iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edəcək.
Nazir E.Məmmədyarov həmçinin cari ilin 30 iyul tarixində Fransa xarici işlər naziri Laurent Fabiusun dəvəti ilə bu ölkəyə rəsmi səfəri planlaşdırılır.
23 iyul tarixində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin isə Belçika Krallığının Brüssel şəhərində keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri Nazirlərinin 3-cü iclasında iştirak etmək məqsədi ilə həmin ölkəyə səfəri nəzərdə tutulub. Səfər müddətində Aİ-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsindəki məsələlər müzakirə ediləcək.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?