Suriya müxalifəti Əsəd rejiminin həbs etdiyi 6 min məkhkumu azad edib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriyada müxalifət nümayəndələri Humus şəhərində nəzarəti tam ələ keçirdərək oradakı həbsxananın qapılarını açıb 6 mindən çox məhkumu azad ediblər.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı gərgin mübarizə davam etməkdədir. Bu gün hakimiyyəti dəstəkləyən qüvvələrlə mübarizədə xeyli sayda insanın öldüyü bildirilir.
Anar RÜSTƏMOV