Modern.az

I qrupun abituriyentlərinin imtahan cavabları BU GÜN açıqlanacaq

I qrupun abituriyentlərinin imtahan cavabları BU GÜN açıqlanacaq

Təhsil

23 İyul 2012, 11:30

Ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 20-də imtahan vermiş abituriyentlərin cavab kartlarının emalı prosesi başa çatmaq üzrədir. Bu barədə Modern.az saytına Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, abituriyentlərin imtahan nəticələrinin bu gün açıqlanması məsələsi günün sonlarına yaxın bilinəcək: “Çatdırsaq, nəticələri bu gün açıqlayacağıq”.

Nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727  nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər. 

TQDK-nın məlumtına görə, I ixtisas qrupu üzrə 33533  abituriyent ərizə təqdim edib. Onlardan 1200 nəfəri imtahanlara gəlməyib. Qəbul imtahanında iştirak edən 42 abituryent imtahan qaydalarını pozduqlarına, köçürməyə cəhd göstərdiklərinə görə zaldan çıxarılıblar və nəticələri ləğv edilib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin  19847  nəfərini oğlanlar, 13686  nəfərini isə qızlar təşkil edir.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra - avqustun 7-dən 16-dək aparılacaq. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?