Modern.az

Deputatdan daha bir xeyriyyəçilik aksiyası

Deputatdan daha bir xeyriyyəçilik aksiyası

Təhsil

23 İyul 2012, 11:40

Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın şeirlərinə bəstələnmiş mahnı və kompozisiyalardan ibarət 2 albomun təqdimat mərasimi keçiriləcək. Bu albomlardan biri vətənpərvərlik mahnılarının toplandığı "TURAN" albomudur. Albomda 8 mahnı öz əksini tapır. İkinci albom isə "Əlvida..." adlanır və burada 16 mahnı yer alıb.

İyulun 26-da Bakıdakı “Cıdır” restoranında olacaq bu təqdimat ənənəvi mərasim olaraq deyil, bir xeyriyyə aksiyası şəklində gerçəkləş­diriləcək.  Q.Paşayeva müqəddəs Ramazan ayında çıxan hər iki albomun satışından gələn bütün gəliri imkansız və ehtiyacı olan ailələrin problemlərinin həllinə yönəldəcək.
 Belə ki, xeyriyyə aksiyası şəklində keçirilən təqdimat mərasimi zamanı albomların satışından əldə olunacaq vəsait elə təqdimat mərasiminin sonunda, yaradı­cılıqlarını daha da genişləndirə bil­mələri, albom və kitablarını nəşr etdirə bilmələri üçün görmə qabiliyyətini itirmiş iki istedadlı gəncimizə - Zeynəb və Mehmana təqdim ediləcək. Tədbirin təşkilatçılarından biri və aparıcısı, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə bərabər bir sıra məhşur sənətçi də sözləri Qənirə Paşayevaya aid olan və albomda öz əksini tapan mahnıları səsləndirəcəklər. Təqdimat mərasiminə Azərbaycanla yanaşı, Türkiyədən də məhşur insanlar qatılacaq. Qardaş ölkədən gələnlər arasında tanınmış sənətçi Nursaç Doğanişıq, Avropa Qəzetçilər Birliyi başqanı Adnan Fişəng və bir sıra digər isimlər də olacaq.
İştirak etmək istəyən hər bir kəs təqdimat-aksiyaya dəvətlidir və buyurub iştirak edə bilər. Qeyd edək ki, tədbir zamanı  "TURAN"  və  "Əlvida..." albomlarını alan hər bir iştirakçı onları Qənirə xanımın imzası ilə əldə edəcək.

Modern.az
Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?