Modern.az

Evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanıldı - VİDEO

Evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanıldı - VİDEO

2 Dekabr 2020, 10:42

Ağstafada evdən çıxan ər-arvad koronavirus xəstələri saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Ağstafa RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq araşdırmalar nəticəsində rayonun Dağkəsəmən kənd sakinləri Məmməd Heydərov və onun həyat yoldaşı Gülnarə Heydərovanın koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə yaşadıqları evi tərk etmələri aşkarlanıb.

 

Həmin şəxslər müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə evə göndərilib. Onlar barəsində RPŞ-də araşdırmalar davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu