Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 4 saylı kanalizasiya-nasos stansiyasında baş vermiş qəza ilə əlaqədar təmir-bərpa işləri aparılır. "Azərsu" ASC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq iyulun 23-24-də Bakı şəhəri Binəqədi rayonunun, eləcə də Abşeron rayonunun Xırdalan şəhərinin bəzi yerlərinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.
Modern.az