Modern.az

“Gültəkin Hacıbəyliyə hörmətimiz var, amma...”

“Gültəkin Hacıbəyliyə hörmətimiz var, amma...”

Təhsil

23 İyul 2012, 14:40

Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər keçmiş deputat Gültəkin Hacıbəylinin ACP-yə üzv olması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirib. S.Əkbər Modern.az saytına açıqlamasında məlumatı təkzib edərək bunun yalan olduğunu vurğulayıb.

“Bizim Gültəkin Hacıbəyliyə çox böyük hörmətimiz var. Amma onun Açıq Cəmiyyət Partiyasına üzv olması və yaxud bununla bağlı biz müraciət etməsi haqda mətbuatda yayılan xəbərlər təbii ki, yalnışdır. Belə bir məsələ yoxdur. Gültəkin xanımla bu haqda hər hansı danışığımız olmayıb. Bir sözlə qeyd etmək istəyirəm ki, belə bir məsələ gündəmdə deyil”, - deyə S.Əkbər məsələyə münasibət bildirib.

G.Hacıbəylinin özündən isə məsələyə münasibət öyrənmək mümkün olmadı...

Qeyd edək ki, “Gündəlik Teleqraf”da sabiq deputat Gültəkin Hacıbəylinin ACP-yə üzv olması üçün müraciət etdiyi və bu istiqamətdə Rəsul Quliyevin partiyası ilə danışıqların getdiyi bildirilib.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?