Modern.az

Qanunvericiliyi pozan 103 əcnəbi saxlanıb

Qanunvericiliyi pozan 103 əcnəbi saxlanıb

Təhsil

23 İyul 2012, 16:51

Ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 103 əcnəbi saxlanılıb. Dövlət Miqrasiya Xidmətinin mətbaut xidmətindən Modern.az-a verilən məlumata görə, 16-21 iyul 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı və Gəncə şəhərlərində, həmçinin Bərdə, Ağcabədi, Yevlax, Şəki Göygöl, Tovuz, Qazax, Xaçmaz və Şabran  rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 103 əcnəbi aşkar edilibdir. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?