Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 20-də keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Modern.az saytına açıqlama verən TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, I ixtisas qrupu üzrə bu il 700 bal toplayan abituriyent olmayıb. E.Nağızadənin sözlərinə görə, bu il I qrup üzrə ən yüksək göstərici 690 bal qeydə alınıb.
“Bu il I ixtisas qrupu üzrə maksimum bütün suallara cavab verməklə 700 bal toplayan abituriyent yoxdur. Ən yüksək nəticə bu il üçün 690 baldır. İmtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib”, - deyə TQDK rəsmisi bildirib.
Qeyd edək ki, bu il hələləik III ixtisas qupunda 1 nəfər abituriyent – Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva 700 bal toplayıb.
Ötən il 4 abituriyent maksimum göstərici (700 bal) əldə etmişdi ki, onların da hamısı I ixtisas qrupundan idi.
Anar RÜSTƏMOV