“Türkiyə sülhməramlıları Azərbaycanda mütləq olmalıdır və bu müzakirə mövzusu ola bilməz. Bunun alternativi də yoxdur”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin YAP-çı deputatı Aydın Mirzəzadə bildirib.
Deputat qeyd edib ki, Türkiyə nəninki regionun, dünyanın nüfuzlu güc mərkəzlərindən biridir və tarix sübut edir ki, regionda Türkiyənin iştirakı olmadan heç bir məsələ həll edilə bilinmir:
“Türkiyə daima ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və daima Azərbaycanın yanında olub. "Bir millət, iki dövlət " şüarı özünü Dağlıq Qarabağ probleminin bütün gedişatında özünü real şəkildə sübut edə bilib.
Türkiyə daima Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib və bütün beynəlxalq münasibətlərində bu problemin ciddi müzkirəsinə çalışıb.
Dünynın həll edə bilmədiyi məsələlər Türkiyənin siyasi dəstəyi ilə həll edilib. Vətən Müharibəsi günlərində dost, qardaş Türkiyənin Azərbaycana siyasi və diplomatik dəstəyi Zəfər çalmağımızda böyük rol oynayıb.
Türkiyə sülhməramıların regionda olması Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr tarixində imzalanmış sazişin yerinə yetirilməsinə vacib şərtdir. Türkiyəsiz regionda stabillik və sülh ola bilməz”.
Parlamentari təklif də səsləndirib:
“Türkiyə qoşunlarının regionda olması KTMT ilə yanaşı NATO blokunun da problemin həllinə bir zəmanətdir. Türkiyənin iştirakı iki böyük dövlətin regionda sülhün yaradılmasına çalışmasına ciddi zəmanətdir. Bu birlik sonradan dünyanın digər bölglərində də problemlərin həllinə nümunə ola bilər.
Türk əsgəri olduğu torpağa həmişə sülh gətirib və Dağlıq Qarabağ məsələsində də bu belə olacaq. Türkiyəyə dostluq hissimizi və qardaşlığımızı Azərbaycan xalqı həmişə bildirib və bundan sonra bu bizim üçün həyat şərtlərimizdən biri olacaq.
Təklif edərdim ki gələcəkdə işğaldan azad edilmiş ərazilərimizdə yaşayış məntəqələrində biri və ya bir neçəsi Türükazər, Azərtürk, Türkqardaş, Bir millət adlandırılsın və bu adlar bizləri daha da yaxınlaşdırsın.”