Modern.az

Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər 

Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər 

Aktual

4 Dekabr 2020, 15:32

Vətən müharibəsində SOCAR-ın 500-ə yaxın əməkdaşı iştirak edib.

 

Bu barədə Modern.az-a SOCAR-ın İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

 

İ.Əhmədov şirkət məkdaşlarından 6 nəfərin şəhid olduğunu açıqlayıb:

 

“Onlardan biri Cabbarov Şahgündüzdür. Yaralanan qardaşlarımız da var.

 

Mənim nəzərimdə onlar ən xoşbəxt insandırlar. Onlar həyatın mənasını dərk edib, Allahın verdiyi bu həyatı boş-mənasız işlərə yox, haqq yoluna sərf ediblər.

 

Ancaq iki məsələyə görə ürəyim sıxılır: Onların əzizlərinin ürək ağrısınısanki hiss edirəm. Bir də onların şəkillərini görəndə narahat oluram, heyf ki onlarla bir sırada mən ola bilmədim.

 

Deyirlər, o dünyada insan çox istədiyi insanlarla bir yerdə olacaq. Onsuz da bu ömür bir göz qırpımıdır. Tezliklə görüşənədək, igidlər!”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI