Modern.az

Hansı deputatlar oruc tuturlar?

Hansı deputatlar oruc tuturlar?

Parlament

24 İyul 2012, 10:20

On bir ayın sultanı Ramazan ayını yaşayırıq. Bu müqqəddəs ay boyu biz  bəndələrə oruc tutub, namaz qılmaq, Allaha şükr etmək vacib buyrulub. Son bir neçə ildə Ramazanın yay aylarına təsadüf etməsi oruc tutanları bir növ sınağa çəkib. Yayın istisinə baxmayaraq, inanclı insanlar nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutmaqla keçirirlər.   Bu sırada Mili Məclisin bəzi deputatları da var.
Maraqlıdır, millət vəkilləri nə vaxtdan oruc tuturlar? Modern.az bu sualla bir neçə deputata müraciət edib.

Qalib Salahzadə deyib ki, oruc tutmağa 1990-cu ildən başlayıb: “Mən uzun müddətdir ki, oruc tuturam. İlk orucumu 1990-cı ildə tutmuşam. O vaxtdan indiyə kimi bu savab əmələ riayət edirəm. Bildiyim qədər  deputatlardan Hacı Madər və başqaları da oruc tutur. Oruc tutan deputatlar çoxdur”.

Novruz Aslanov 1994-cü ildən oruc tutur: “O vaxtdan bu günə qədər oruc tutmaqda davam edirəm. Hər il Ramazan ayının sonuna kimi bu vacib əməli ciddi şəkildə yerinə yetirirəm”.

Məlahət İbrahimqızı: “Bir müsəlman olaraq mən də çalışıram ki, İslamın verdiyi dəyərlərə imkanım çatan qədər əməl edim. Biz işləyirik, amma buna baxmayaraq mən orucumu tutmağa imkan edirəm. İlk orucumu isə nə vaxtdan tutmağım yadıma düşmür”.

Fazil Mustafa bildirib ki,  ilk orucunu 1993-cü ildə tutub: “Hər il oruc tuturam. Ola bilər ki,  xəstələnəndə ara verim. Amma sonra da onun əvəzini tuturam. Deputatlardan kimin oruc tutduğunu bilmirəm”.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım