Modern.az

Fazil Mustafa “test imtahanı”nda 9 bal yığdı - MARAQLI

Fazil Mustafa “test imtahanı”nda 9 bal yığdı - MARAQLI

Parlament

24 İyul 2012, 10:35

Deputatın cəmi bir səhv cavabı

Cəmiyyətin üzdə olan şəxsləri Modern.az-ın testindən keçəcək. Belə ki, onlar 5 dəqiqə ərzində 10 sualı cavablandırmalıdırlar.  Çalışacağıq suallar çətin olmasın...
Modern.az-ın testindən bu dəfə Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa keçdi.

1. Azərbaycanda dəbdə olan milli papaq adı hansı şəhərlə eyni addadır? (Doğru cavab: Buxara)

– Bakı.

2. Nyutonun başına hansı meyvə düşəndən sonra o, cazibə qanunu kəşf etdi? (Doğru cavab:  alma)

– alma.

3. “Leyli və Məcnun”da – Leyli-Məcnun, “Romeo və Cülyetta”da – Romeo və Cülyetta, bəs “Aşıq Qərib”də? (Doğru cavab: Şahsənəm)

 – Şahsənəm.

4. Azərbaycanda hansı iki nazirliyin adı ixtisarda eyni cür yazılır?

– Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi (MN)

5. Lev Tolstoyun hansı qadın qəhrəmanı qatar altına atılmaqla intihar edib? (Doğru cavab: Anna Karenina)

– Anna Karenina.

6. “Hərb və sülh” siyasi-hərbi doktrinadır, yoxsa nədir? (Doğru cavab: roman)

– roman.

7. Fransada hansı ev heyvanına Napoleon adını vermək qanunla qadağandır? (Doğru cavab: donuz)

–  donuz.

8. Tədbirli adamlar hətta nəyi üfürə-üfürə içirlər? (Doğru cavab: su)

– su.

9. Məsəllərdən birində qızlar hansı ağacla eyniləşdirilir və deyilir: “Qız ağacı – ...”? (Doğru cavab: qoz)

– qoz ağacı.

10. Ehtiyatlı igidin valideynlərindən hansı biri ağlamaz? (Doğru cavab: anası)

– anası.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım