Modern.az

Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi

Fazil Məmmədov holdinqində bacısı oğluna vəzifə verdi

5 Dekabr 2020, 15:21

“Synergy Group” MMC-nin direktoru Rauf Axundov vəzifəsindən azad edilib.

 

Modernaz “Report”a istinadən xəbər verir ki, holdinqə rəhbərlik Elnur İsgəndərova həvalə olunub.

 

Xatırladaq ki, “Synergy Group” 2010-cu ildə yaradılıb, Azərbaycanda qeyri-neft sektorunda fəaliyyət göstərən ən iri özəl holdinqlərdən biridir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

 

Kommersiya qurumu keçmiş vergilər naziri Fazil Məmmədova bağlılığı ilə tanınır. E.İsgəndərov isə F.Məmmədovla yaxın olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğludur.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI