Modern.az

Rusiya Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi

Rusiya Dağlıq Qarabağa xilasedicilər qrupu göndərdi

Aktual

6 Dekabr 2020, 09:43

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Dağlıq Qarabağda humanitar missiyanın yerinə yetirilməsi üçün pirotexnika, kinoloqlar və psixoloqlar göndərib.

 

Modern.az bildirir ki, bu barədə “TASS”a qurumun mətbuat xidmətindən məlumat verilib.

 

“Dekabrın 6-da Rusiyanın Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Moskvadan əlavə xilasedicilər qrupu ilə uçub. Toplu qruplaşma “Lider” Mərkəzinin kinoloqlarından, pirotexnika və dağ-mədən işçilərindən, rabitəçilərdən, Noginsk Xilasetmə Mərkəzinin mütəxəssislərindən, həmçinin psixoloqlardan formalaşdırılıb”, - FHN-in nümayəndəsi deyib.

 

Təyyarənin göyərtəsində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərinin Dağlıq Qarabağda fəaliyyət göstərmələri üçün zəruri avadanlıq və üç sərnişin avtobusu da var.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI