Modern.az

Şumaxerin oğlu \"Formula 2\" yarış seriyasının çempionu oldu

Şumaxerin oğlu \

6 Dekabr 2020, 20:02

Avtomobil yarışları üzrə "Formula 1" sinfində yeddi qat dünya çempionunun- almaniyalı Mixael Şumaxerin oğlu Mik Şumaxer "Formula 2" yarış seriyasının çempionu oldu.

 

Modern.az xəbər verir ki, Bəhreyndə baş tutan final mərhələsinin ikinci yarışında "Prema" komandasında çıxış edən Mik Şumaxer 18-ci oldu. Onun əsas rəqibi "UNI-Virtuosi" komandasının təmsilçisi Britaniyalı Kallum Aylott 10-cu yeri tutdu və ümumi hesabda Şumaxerə çata bilmədi.

 

 

Yarışda hindistanlı Cehan Daruvala qalib gəlib, ikinci yerdə komanda yoldaşı Yaponiyalı Yuki Tsunoda, üçüncü isə "DAMS" komandasından olan britaniyalı Den Tiktum olub.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI