Modern.az

Xəzərin sahilində 17 ölü suiti tapıldı

Xəzərin sahilində 17 ölü suiti tapıldı

6 Dekabr 2020, 21:11

Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.

 

Modern.az "RİA Novosti”yə istinadla xəbər verir ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.

 

Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.

 

Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI