Futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Modern.az xəbər verir ki, London derbisində “Arsenal” səfərdə “Tottenhem”in qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. “Tottenhem”in heyətində Son Xın-Min və Harri Keyn fərqlənib.
Bu qələbə sayəsində “Tottenhem” xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Arsenal” isə 13 xalla 15-ci yerdə qərarlaşıb.