Modern.az

Peres ilk dəfə finişə birinci çatdı - “Formula 1”

Peres ilk dəfə finişə birinci çatdı - “Formula 1”

6 Dekabr 2020, 23:51

"Racing Point" komandasının pilotu Serxio Peres "Formula 1" üzrə Saxira Qran-prisinin qalibi olub.

 

Modern.az xəbər verir ki, Bəhreyndə təşkil olunmuş 16-cı mərhələdə meksikalı sürücü karyerasında ilk dəfə finişə birinci çatıb.

 

"Renault"dan fransalı Esteban Okon ikinci, Peresin kanadalı komanda yoldaşı Lens Stroll üçüncü yeri tutub.

 

30 yaşlı Peres indiyədək 9 dəfə podiuma qalxıb. O, Pedro Rodrigesdən sonra Qran-pri qalibi olan ikinci meksikalıdır.

 

Növbəti Qran-pri 11 - 13 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçiriləcək.

 

Qeyd edək ki, Türkiyədə keçirilmiş 14-cü mərhələdə "Mercedes" pilotu Lüis Hemilton vaxtından əvvəl dünya çempionluğunu rəsmiləşdirib. 7 qat dünya çempionu Saxir Qran-prisini koronavirusa yoluxduğu üçün buraxmalı olub. Onu həmyerlisi Corc Rassel əvəzləyib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI